DTX və polis birgə əməliyyat keçirib, saxlanılanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

DTX və polis birgə əməliyyat keçirib, saxlanılanlar var

S.Xankişiyeva17:06 - 26 / 02 / 2022
DTX və polis birgə əməliyyat keçirib, saxlanılanlar var

Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayon şöbəsi əməkdaşları birgə əməliyyat keçirib, saxlanılanlar var.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhər sakinləri - Q.Əzizli və əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanılıblar.

Onlardan 15 kiloqram 900 qram heroin və 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
1786

Son xəbərlər

Bütün xəbərlər