Oğurladıqları pulları torpağa basdıran dostlar saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğurladıqları pulları torpağa basdıran dostlar saxlanılıb - FOTO

Qafar Ağayev09:16 - 28 / 02 / 2022
Oğurladıqları pulları torpağa basdıran dostlar saxlanılıb - FOTO

Qax rayonu Almalı kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkən 9300 ABŞ dolları və 4 min manat pulunun, eləcə də qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəki rayon sakinləri-Şahid Balliyev və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Nicat Abdulkərimov tutularaq istintaqa təhvil veriliblər.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, əvvəllər zərərçəkənin fermasında çoban işləyən Şahid Balliyev Bakıda kirayədə yaşadığı Nicat Abdulkərimovla əlbir olaraq gecə saatlarında həmin şəxsin yaşadığı ünvana daxil olublar. Pul və qızılları götürdükdən sonra Şəki rayonuna qayıdan dostlar 4 min manatı öz aralarında bölüblər, ABŞ dollarını isə bankaya qoyaraq iz itirmək məqsədilə N.Abdulkərimovun yaşadığı ünvanda torpağa basdırıblar. Keçirilmiş tədbirlərlə qızıl-zinət əşyaları və torpağa basdırılmış pullar onlardan maddi sübut kimi götürülüb.

Şahid Balliyevin izahatı alınarkən onun yanvar ayında da həmin evdən 10 000 manat pul oğurladığı və bundan sonra Bakı şəhərinə gedərək restoranlarda xərclədiyi məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Paylaş:
1201

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər