“CityNet” yeni sərfəli tarifini təqdim edir | 1news.az | Xəbərlər
Cəmiyyət

“CityNet” yeni sərfəli tarifini təqdim edir

S.Xankişiyeva14:10 - 01 / 03 / 2022
“CityNet” yeni sərfəli tarifini təqdim edir

Artıq İnternet, TV və İP telefoniya xətti xidmətlərini vahid paket şəklində əldə etmək mümkün oldu!

Abunəçilərə təqdim etdiyi yüksək sürətli internet və keyfiyyətli IPTV xidməti ilə daima fərqlənən “CityNet” internet provayderi bu dəfə də yeni və daha sərfəli tariflə müştərilərini sevindirir. Yeni tarifə əsasən, “CityNet”in müştəriləri artıq İnternet, TV və İP telefoniya xətti xidmətlərini vahid paketdə əlverişli şərtlərlə əldə edə biləcəklər.

Artıq 30 mbit/s internet, 200 TV kanal və İP telefoniya xətti xidməti sadəcə 25 AZN-dən başlayan qiymətlə təqdim olunur. Bununla da abunəçilərin daima rahatlığını düşünən “CityNet” İnternet+TV+İP telefoniya xətti xidmətini vahid paketdə təqdim edərək özəl sektorda daha bir yeniliyə imza atır.

Abunəçilər bu üç xidməti daha sərfəli qiymətə əldə etməklə birlikdə, bu xidmətlərə görə aylıq abunə haqqını bir hesabdan daha rahat idarə etmək üstünlüyünü də əldə edirlər. Qeyd edək ki, İnternet+TV+İP telefoniya xətti xidmətinə qoşulan abunəçilərə İnternet ruter və TV Box abunəlik dövrü ərzində istifadəyə pulsuz verilir və bu kampaniya məhdud müddətdə davam edəcəkdir.

“CityNet” Bakı, Sumqayıt və Xırdalan şəhərlərində FTTB (Fiber to the Building – Binaya qədər fiber-optik) texnologiyası əsasında yüksək sürətli sabit internet və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidməti göstərir.

Quraşdırılma xidməti abunəçilərə 24 saat ərzində təqdim edilir. Xidmətin hər hansı ünvanda mövcudluğunu şirkətin veb saytından da yoxlamaq mümkündür. Qoşulma şərtləri, yeni və mövcud tariflər, kampaniyalar, həmçinin texniki dəstək üçün *1177 və (012) 5377777 nömrələri ilə əlaqə saxlamaq kifayət edir. “CityNet” xidmətlərinə qoşulmaq üçün sadəcə zəng mərkəzinə zəng edib sifariş vermək kifayətdir. Şirkət haqqında daha ətraflı məlumatı www.citynet.az rəsmi internet saytından əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
1292

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər