Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı - STATİSTİKA

16:40 - 01 / 03 / 2022
Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 832 yeni yoluxma faktı qeydə alınıb, 2 329 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 768 502 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 767 702 nəfər müalicə olunaraq sağalıb, 9 438 nəfər vəfat edib, aktiv xəstə sayı 9 362 nəfərdir.

Ölkədə son sutka ərzində 8 865, hazırkı dövrədək isə 6 563 829 test aparılıb.

1news.az

Paylaş:
1427

Son xəbərlər

Sabunçuda ev yanıb

Bu gün, 09:22

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər