Bakıda ev yanıb, bir nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ev yanıb, bir nəfər ölüb

09:04 - 01 / 03 / 2022
Bakıda ev yanıb, bir nəfər ölüb

Bakı şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində qeydə alınıb.

Ümumi sahəsi 28 m² olan mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Dadaşov Mahir Ayaz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1news.az

Paylaş:
885

Son xəbərlər

Sabunçuda ev yanıb

Bu gün, 09:22

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər