Daha 94 nəfər toya buraxılmadı | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 94 nəfər toya buraxılmadı

Qafar Ağayev09:37 - 02 / 03 / 2022
Daha 94 nəfər toya buraxılmadı

Martın 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 110 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən 1news.az-a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.
94 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
1021

Son xəbərlər

Bütün xəbərlər