Minaatan bölmələri ilə təlim atış çalışmaları yerinə yetirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Minaatan bölmələri ilə təlim atış çalışmaları yerinə yetirilib - VİDEO

Qafar Ağayev13:15 - 03 / 03 / 2022
Minaatan bölmələri ilə təlim atış çalışmaları yerinə yetirilib - VİDEO

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının minaatan bölmələri ilə təlim atış çalışmaları yerinə yetirilib.
Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, bölmələr atışdan əvvəl ərazidə açılma, atəş mövqelərinin tutulması və minaatanların döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər.
Minaatanlardan yarımdüzünə tuşlama ilə tək hədəfə yerindən atış üzrə təlim atış çalışmaları müvəffəqiyyətlə icra olunub.
Bölmələrin təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınaraq uğurla həyata keçirilir.

Paylaş:
712

Son xəbərlər

Bütün xəbərlər