627 müəllim güzəştli ipoteka hüququndan yararlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

627 müəllim güzəştli ipoteka hüququndan yararlanıb

Qafar Ağayev17:21 - 03 / 03 / 2022
627 müəllim güzəştli ipoteka hüququndan yararlanıb

2020-2021-ci ildə ümumilikdə 627 müəllim güzəştli ipoteka əldə etmək hüququndan yararlanıb.

1news.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook" hesabında paylaşım edib.

O bildirib ki, 2020-ci ildə 197, 2021-ci ildə isə 430 müəllim güzəştli şərtlərlə ipoteka krediti alıb.

Xatırladaq ki, gənc ailə üzvü olan və azı 3 il məktəbdə müəllim işləyənlər, həmçinin gənc ailə kateqoriyasına daxil olmayan və 15 il dövlət ümumtəhsil müəssisəsində işləyən şəxslər güzəştli şərtlərlə ipoteka krediti əldə edə bilərlər.

Paylaş:
1055

Son xəbərlər

Bütün xəbərlər