Bakıdan Həştərxana növbəti reys ləğv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıdan Həştərxana növbəti reys ləğv edilib

09:18 - 03 / 03 / 2022
Bakıdan Həştərxana növbəti reys ləğv edilib

“Buta Airways” aviaşirkəti Rusiyanın cənubunda hava məkanından istifadədə müvəqqəti rejimin yaradılması ilə əlaqədar martın 3-ü cümə axşamına planlaşdırılan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.

Bu barədə 1news.az-a şirkətdən məlumat veriblər. Məlumata görə, mövcud vəziyyətlə əlaqədar olaraq ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.

"Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik"- deyə məlumatda qeyd olunub.

1news.az

Paylaş:
920

Son xəbərlər

Bütün xəbərlər