Azad edilmiş ərazilərimizdə ötən ay nə qədər mina aşkarlanıb? - RƏQƏMLƏR | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərimizdə ötən ay nə qədər mina aşkarlanıb? - RƏQƏMLƏR

Qafar Ağayev10:53 - 03 / 03 / 2022
Azad edilmiş ərazilərimizdə ötən ay nə qədər mina aşkarlanıb? - RƏQƏMLƏR

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə aylıq statistik məlumatları açıqlayıb.

ANAMA-dan 1news.az-a bildirilib ki, yanvarın 1-dən 28-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 96 piyada əleyhinə mina, 63 tank əleyhinə mina və 601 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 379,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş:
872

Son xəbərlər

Bütün xəbərlər