İlham Əliyev: İçərişəhər kimi ikinci məkan, ikinci yer dünyada yoxdur | 1news.az | Xəbərlər
Cəmiyyət

İlham Əliyev: İçərişəhər kimi ikinci məkan, ikinci yer dünyada yoxdur

Qafar Ağayev12:59 - 03 / 03 / 2022
İlham Əliyev: İçərişəhər kimi ikinci məkan, ikinci yer dünyada yoxdur

İçərişəhər kimi ikinci məkan, ikinci yer dünyada yoxdur.

1news.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "İçərişəhər bizim milli sərvətimizdir, dünya memarlıq tarixinin möhtəşəm abidəsidir, Azərbaycan xalqının istedadının bariz nümunəsidir. Əsrlər boyu Azərbaycan xalqı İçərişəhəri, onun içində olan tarixi abidələri qoruyub və bundan sonra da əsrlər boyu qoruyacaq. İçərişəhərin hər bir küçəsi, hər bir tini, hər bir daşı qiymətlidir, tarixi əhəmiyyət kəsb edir. Qala divarları, Qız qalası, Şirvanşahlar sarayı, məscidlər, karvansaralar, muzeylər, digər tarixi abidələr qürur mənbəyimizdir. Dünyada İçərişəhərə bənzəri olan ikinci yer yoxdur. Düzdür, dünyanın bir neçə ölkəsində köhnə şəhər məhəllələri vardır, onların bir neçəsində mən olmuşam. Amma tam əminliklə deyə bilərəm ki, İçərişəhər kimi ikinci məkan, ikinci yer dünyada yoxdur. Bu, bizim tarixi irsimizdir, biz İçərişəhəri göz bəbəyimiz kimi qorumalıyıq və əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz".

Paylaş:
847

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər