Martın 5-6-da keçiriləcək buraxılış imtahanlarının qrafikində dəyişiklik yoxdur - DİM | 1news.az | Xəbərlər
Cəmiyyət

Martın 5-6-da keçiriləcək buraxılış imtahanlarının qrafikində dəyişiklik yoxdur - DİM

Qafar Ağayev14:48 - 04 / 03 / 2022
Martın 5-6-da keçiriləcək buraxılış imtahanlarının qrafikində dəyişiklik yoxdur - DİM

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 5-də və 6-da 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. İmtahanların keçirilmə qrafikində dəyişiklik nəzərdə tutulmayıb.

DİM-dən 1news.az-a verilən məlumata görə, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Ona görə də imtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

İmtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq gətirin:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni;

- “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni (buraxılış vәrәqәsi ilә birlikdә çap edirsiniz, imzalayırsınız vә imtahan zalına daxil olduqda nәzarәtçiyә tәhvil verirsiniz).

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da gətirməlidirlər.

İmtahan binasına mobil telefon, “ağıllı” saat və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır.

İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahan başa çatdıqda və ya tərəfinizdən yekunlaşdırıldıqda cavab kartı və cavab vərəqi ilə yanaşı, sual kitabçasını da nəzarətçiyə təhvil verin.

Hər birinizə uğurlar arzu edirik!

Paylaş:
781

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər