2500 ton yükqadırma qabiliyətinə malik “Azərbaycan” kran gəmisinin təmiri başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

2500 ton yükqadırma qabiliyətinə malik “Azərbaycan” kran gəmisinin təmiri başa çatıb

Qafar Ağayev15:40 - 04 / 03 / 2022
2500 ton yükqadırma qabiliyətinə malik “Azərbaycan” kran gəmisinin təmiri başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus 2500 ton yükqadırma qabiliyətinə malik “Azərbaycan” kran gəmisinin əsaslı təmiri uğurla başa çatıb.

ASCO-dan 1news.az-a verilən məlumata görə, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir çərçivəsində baş mühərriklərin yağ və su soyuducuları, nasoslar, hava balonlarının armaturları, mexanizmlərin dəniz suyu ilə soyutma və yağ sistemlərinin boru xətləri, çirkab su boru sistemləri təmir olunub. Elektrik avadanlıqlarında yaranmış nasazlıqlar aradan qaldırılıb, çirkab su çənləri tam təmizlənib, 30 və 400 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb. Helikopter meydançasının qoruyucu torları üzərində quraşdırılmış borular yenisi ilə əvəzlənib. Suüstü sahələr və baş göyərtə təmizlənərək rənglənib.

Gəmi tərsanəyə qaldırılaraq avar və sükan qurğlarınınn hidravlik idarəetmə sistemləri təmir olunub. Sınaq yoxlama işlərindən sonra “Azərbaycan” kran gəmisi suya buraxılıb.

Qeyd edək ki, sözügedən gəmi 1980-ci ildə istismara verilib. 1996-cı ildən avar və sükan qurğularında yaranmış nöqsanlar səbəbindən onun hərəkətini təmin etmək üçün yedək gəmilərindən istifadə olunub. 2020-ci ildə gəminin hərəkətinin təmin olunması ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, 2 ədəd sükan qurğusu və digər lazımi hissələr “Bibiheybət” Gəmi təmiri Zavodunda hazırlanaraq yerinə quraşdırılıb. Bundan başqa, avar qurğuları təmir olunub, sualtı hissədə təmizlənmə rəngləmə işləri aparılıb, protektor qurğularının və dib-yan armaturlarının texniki vəziyəti yoxlanılıb. Həmçinin, ballast çənlərinin tam təmizlənməsi işləri görülüb. Sınaq yoxlama işləri aparıldıqdan sonra gəmi suya buraxılıb. Gəmi klass həcmində Rusiya Dəniz Təsnifat Cəmiyyətinin müfəttişinə təqdim olunub. Tərsanə işlərini “Bakı Gəmiqayırma Zavodu” MMC-yə məxsus üzən tərsanədə “Bibiheybət” Gəmi Təmiri Zavodunun əməkdaşları həyata keçirib.

Paylaş:
1023

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər