Hərbi prokurorun müavini vəzifəsindən azad edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi prokurorun müavini vəzifəsindən azad edilib

S.Xankişiyeva17:45 - 04 / 03 / 2022
Hərbi prokurorun müavini vəzifəsindən azad edilib

Hərbi prokurorun müavini Rasim Kazımov vəzifəsindən azad edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rasim Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Paylaş:
1101

Son xəbərlər

Bütün xəbərlər