Vilyam Hacıyevin məhkəməsi: “İnzibati bina tikintisi üçün 3 milyon manat ayrılmışdı, 3 ayın içində yox oldu” | 1news.az | Xəbərlər
Cəmiyyət

Vilyam Hacıyevin məhkəməsi: “İnzibati bina tikintisi üçün 3 milyon manat ayrılmışdı, 3 ayın içində yox oldu”

Qafar Ağayev12:47 - 04 / 03 / 2022
Vilyam Hacıyevin məhkəməsi: “İnzibati bina tikintisi üçün 3 milyon manat ayrılmışdı, 3 ayın içində yox oldu”

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev bildirib ki, Vilyam Hacıyev vəzifəyə təyin olunandan həbs olunana qədər 4 milyondan çox qanunsuz yolla toplanan vəsait təqdim edib:

"2020-ci ildə rayon icra hakimiyyəti inzibati binasının tikintisi üçün 3 milyon manat ayrılmışdı, 3 ayın içində yox oldu. Mən özüm Vilyam Hacıyev icra başçısı təyin olunandan sonra bu işlərlə məşğul olmağa başladım. Mənə birgə işləmək təklif edəndə əvvəl razı olmadım, sonradan işimi itirməmək üçün razılaşdım. Yəni, məncə kim olsa bunu edərdi. "
Şahidin sözlərinə görə, Vilyam Hacıyev Mərkəzi Rayon Xəstəxanasına baş həkim təyinatı üçün 70 min manat, Olimpiya Mərkəzinə direktor təyinatı üçün isə 10 min manat pul alıb.
Şahid həmçinin bildirib ki, toplanan vəsaitləri şəxsən təqsirləndirilən şəxsə təhvil verib:

"İcra hakimiyyəti başçısının tikintisi üçün ayrılan puldan ilk olaraq 76 min manat götürdüm. Həmin pulu "002" serialı avtomobilində Vilyam Hacıyevə təqdim etdim. Sonrakı mərhələdə götürdüyüm vəsaiti isə istirahət mərkəzində Vilyam Hacıyevə təqdim etdim."

Təqsirləndirlilən Vilyam Hacıyev onun sözlərini qəbul etməyib, onu böhtan atmaqda günahlandırıb:

"Dedikləri hamısı yalandır. Mən də burdan iddia qaldırıram, Cəmil Musayevə 10 milyon manat vermişəm. Neynəyib onu, atasına ya nənəsinə verib? qaytarsın o, pulu... Xahiş edirəm, baş mühasib barəsində cinayət işi açılsın, o da mənim kimi həbs olunsun."
Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Paylaş:
940

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər