Azərbaycana minatəmizləmə maşınları gətirilib

"Ötən il imzalanan sazişə əsasən bu il 6 minatəmizləmə maşını Azərbaycana gətirilib".
1news.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
Onun sözlərinə görə, 2 minatəmizləmə maşını artıq yoldadır və yaxın günlərdə ölkəmizə daxil olacaq: “Sifarişlər əsasında digər maşınlar da hazırlanır. Onlar isə iyuna qədər Azərbaycana çatdırılacaq".
Sədr qeyd edib ki, ABŞ-dan Azərbaycana 30 minaaxtaran itin ölkəmizə gətirilməsi nəzərdə tutulub: "Onlardan artıq 20-si Azərbaycandadır. Digəri də təsdiq olunmuş qrafikə uyğun olaraq çatdırılacaq".
1news.az
838