Qarabağ üçün ağac ianə edərək xanımları 8 Mart münasibəti ilə təbrik edin | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ üçün ağac ianə edərək xanımları 8 Mart münasibəti ilə təbrik edin

S.Xankişiyeva18:00 - 05 / 03 / 2022
Qarabağ üçün ağac ianə edərək xanımları 8 Mart münasibəti ilə təbrik edin

Qarşıdan 8 Mart - Beynəlxalq Qadınlar Günü gəlir. Bu dəfə bayramı xanımlar üçün daha da özəl etmək imkanı yaranıb.

Belə ki, hər birimiz bizə əziz və doğma olan xanımları onların adından Qarabağ üçün ağac ianə etməklə sevindirə bilərik.

1news.az-ın verdiyi xəbərə görə, bunun üçün Fondun veb səhifəsinə (https://qdf.gov.az/iane-et/8mart) daxil olub təbrik etmək istədiyiniz xanımın adını qeyd edib, daha sonra ağac sayını seçərək ianə etmək kifayətdir.

Əldə etdiyiniz xüsusi “İanə Sertifikatı”nı yaxınlarınıza hədiyyə edə bilərsiniz.

Məlumdur ki, erməni işğalçıları tərəfindən 30 ilə yaxın bir müddət ərzində Qarabağda törədilən ekoloji terror, həmin ərazilərdə keçirilən qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı nəticəsində işğaldan azad edilən ərazilərimizdə ekologiyaya ciddi ziyan dəyib.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın və biomüxtəlifliyin bərpası məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında “Əməkdaşlıq Memororandumu” imzalanıb.

Bu əməkdaşlıq çərçivəsində Zəngilanda “Zəfərdən Dirçəlişə” adlı meşə massivinin salınması layihəsinə start verilib. Qarabağ meşələrində əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, Qlediçiya və Şərq çinarı kimi ağacların əkilməsi nəzərdə tutulur. Ağacların əkilməsi prosesi mərhələli şəkildə davam edir.

Oxşar layihələr işğaldan azad olunan digər ərazilərdə də davam etdiriləcək.

Əminik ki, hər bir xanım üçün Qarabağda onun adına ağac əkilməsi çox böyük mənəvi dəyəri olan hədiyyə olacaq.

Əziz və dəyərli xanımlar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və uğurlar arzu edirik.

Paylaş:
1351

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər