Dilənçilərə qarşı əməliyyat - 16 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Metropolitenində Polis Şöbəsi Bakı metropoliteninin stansiyalarında dilənçilərə qarşı əməliyyat keçirib.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dilənçiliklə məşğul olan 16 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 3-ü kişi, 7-si qadın və 6-sı azyaşlı olub. Həmin şəxslər barəsində müvafiq tədbirlər görülüb.
1news.az
416