Sənədsiz evlərə dair təkliflər Prezident Administrasiyasına təqdim edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sənədsiz evlərə dair təkliflər Prezident Administrasiyasına təqdim edilib

Qafar Ağayev15:37 - 09 / 03 / 2022
Sənədsiz evlərə dair təkliflər Prezident Administrasiyasına təqdim edilib

Hökumət Bakıda və digər ərazilərdə kənd təsərrüfatı və digər təyinatlı torpaqlarda tikilmiş fərdi evlərin taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.

1news.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatına əksini tapıb.

Hesabatda qeyd edilib ki, torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları ”na uyğun olaraq həyata keçirilir. Qaydalara uyğun olaraq, torpaq sahəsinin katetoqriyasının dəyişdirilməsi barədə vəsatət qaldırıldığı və müvafiq sənədlər təqdim edildyi təqdirdə torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi məsələsinə müəyyən olunmuş qaydada baxılır.

Eyni zamanda “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 iyul tarixli fərmanının icrası olaraq torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatın dəyişdirilməsi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi barədə təkliflər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və aidiyyatı dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.

Hesabatda bildirilib ki, bundan əlavə “Azərbaycan Respublikasında bəzi torpaqlardan səmərəliliyin artırılması haqqında” Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 2019-cu il 13 may tarixli sərəncamı ilə müvafiq İşçi Qrupu yaradılıb: “İşçi Qrupun fəaliyyəti nəticəsində qüvvədə olan şəhərsalma norma və qaydalarına tam riayət edilməməklə tikilmiş fərdi yaşayış evlərinin və onların yerləşdiyi torpaq sahələrinin hüquqi müqəddəratı ilə bağlı təkliflər Prezident Administrasiyasına təqdim edilib”.

Paylaş:
653

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər