Media Reyestri artıq hazırdır - Agentlik | 1news.az | Xəbərlər
Cəmiyyət

Media Reyestri artıq hazırdır - Agentlik

Qafar Ağayev17:02 - 09 / 03 / 2022
Media Reyestri artıq hazırdır - Agentlik

Media Reyestri artıq hazırdır.

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.

"Media Reyestrinin ilkin qaydaları hazırlanıb və işçi qaydada müvafiq strukturlarla müzakirələr aparılır" -, deyə N.Məmmədli əlavə edib.

N.Məmmədli media subyektlərinin reyestrə nə zaman daxil ediləcəyinə də aydınlıq gətirib.

"Media subyektlərinin reyestrə daxil edilməsi tam şəkildə təşkilati-hüquqi məsələlər başa çatdıqdan sonra olacaq. Nazirlər Kabinetinin sərəncamında qeyd olunduğu kimi, qısa vaxtda reyestrin fəaliyyətə başlamasının şahidi olacağıq", - deyə o qeyd edib.

Paylaş:
427

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər