Bakıda qadın polis bölməsinin həyətində ərini bıçaqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadın polis bölməsinin həyətində ərini bıçaqlayıb

S.Xankişiyeva09:19 - 09 / 03 / 2022
Bakıda qadın polis bölməsinin həyətində ərini bıçaqlayıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin həyətində qeydə alınıb.

Belə ki, həyat yoldaşı N. J. tərəfindən övladları ilə görüşməyə icazə verilməyən 1988-ci il təvvəllüdlü N.H. adlı şəxs hündürmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onu fikrindən daşındıra bilib və polis bölməsinə aparıblar.

Daha sonra 34-cü polis bölməsinin həyətində N.H. ilə həyat yoldaşı arasında mübahisə düşüb. Nəticədə qadın üzərində gəzdirdiyi bıçaqla ona kürək nahiyəsindən xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər