Bakıda yeni 220 kilovoltluq yarımstansiya tikilir - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yeni 220 kilovoltluq yarımstansiya tikilir - FOTO - VİDEO

Qafar Ağayev10:43 - 09 / 03 / 2022
Bakıda yeni 220 kilovoltluq yarımstansiya tikilir - FOTO - VİDEO

Bakı şəhərində sistem əhəmiyyətli 220 kilovoltluq yarımstansiya tikilir.

“Azərenerji”dən 1news.az-a verilən məlumata görə, bununla da, Bakı şəhərinin elektrik enerji təchizatında birbaşa əhəmiyyət kəsb edən 220 kV-luq yarımstansiyaların sayı yeddiyə çatdırılır. Belə ki, 1932-ci ildə tikilən və istismar müddətini bitirən, ən qədim yarımstansiyalardan biri olan 110/35/6 kV-luq “Qala” yarımstansiyası sökülüb, gərginlik sinfi 220/110/35/6 kilovoltluq gərginlik sinfinə keçirilərək yenidən inşa edilir. “Azərenerji”nin balansında olan yarımstansiyada yeni 220 kilovoltluq gərginlik sinfi yaradılmaqla yanaşı, 110 kilovoltluq paylayıcı qurğu açıq, 35 və 6 kilovoltluq paylayıcı qurğular isə qapalı şəkildə tam yenidən qurulur. Yarımstansiyanın ümumi gücü 150 meqavolt amperdən 550 meqavolt amperə qaldırılır. Rəqəmsal qaydada yenidən qurulan yarımstansiyada yeni idarəetmə mərkəzi tikilir.

“Azərenerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, burada yerli SCADA, əks-qəza, mühafizə-avtomatika, sabit və dəyişən cərəyan qurğuları ilə təchiz olunmuş idarəetmə sistemləri yaradılacaq, aktivlərin, proseslərin idarə edilməsi, qüsurların vaxtında aradan qaldırılması, açılıb-qoşulma əməliyyatları proqram təminatı vasitəsi ilə avtomatik həyata keçiriləcək.

Yarımstansiyanın 220 kilovoltluq ötürücü şəbəkə ilə əlaqələndirilməsi üçün 220 kilovoltluq 3-cü “Hövsan” və 4-cü “Zabrat” hava xətlərinin giriş-çıxış sxemi ilə qoşulması və “Şimal” Elektrik Stansiyasından 220 kV-luq ikidövrəli elektrik xəttinin çəkilməsi nəzərdə tutulub. “Azərenerji” tərəfindən bu yarımstansiyanın yenilənməsi ilə “Şimal” Elektrik Stansiyasında istehsal olunan enerjinin etibarlı ötürülməsinə, ötürücü sistemin optimal yük rejiminə, istehlakçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsinə, eləcə də texniki itkilərin azaldılmasına nail olunacaq.

Paylaş:
450

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər