ANAMA azad olunmuş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA azad olunmuş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqladı

Qafar Ağayev11:29 - 09 / 03 / 2022
ANAMA azad olunmuş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqladı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib

ANAMA-dan 1news.az-a verilən məlumata görə, martın 1-dən 5-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 39 mina və 36 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 129,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Paylaş:
730

Son xəbərlər

Bütün xəbərlər