“Azərişıq” sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq” sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək

Qafar Ağayev11:39 - 09 / 03 / 2022
“Azərişıq” sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov martın 10-u saat 10:00-da qurumun "Mərkəzi Aran" RETSİ-nin Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən inzibati binasında Mingəçevir və Yevlax rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Azərişıq"dan 1news.az-a verilən məlumata görə, qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Yevlax EŞ-nə və Mingəçevir EŞ-nə, həmçinin "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Paylaş:
844

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər