DİN Bəxtiyar Hacıyevin iddialarına münasibət bildirib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN Bəxtiyar Hacıyevin iddialarına münasibət bildirib

Qafar Ağayev13:30 - 10 / 03 / 2022
DİN Bəxtiyar Hacıyevin iddialarına münasibət bildirib

Daxili İşlər Nazirliyi siyasi fəal Bəxtiyar Hacıyevin iddialarına münasibət bildirib.

DİN Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov 1news.az-ə bildirilib ki, keçən ilin iyul ayında Bakı şəhər sakinləri Bəxtiyar Hacıyev və tanışı Ülviyyə Muradova qarışıqlı ərizə ilə Yasamal Rayon Polis idarəsinə şikayət edib:

"Onların müraciətləri araşdırıldı və müəyyən edildi ki, B.Hacıyev pişiyinin Ü.Muradovanın pişiyi ilə cütləşməsindən doğulacaq balalardan birini Ü.Muradovaya verməyi vəd etsə də, sonradan o vədinə əməl etmədiyindən tərəflər arasında narazılıq yaranmışdır. Bundan sonra Ü.Muradova sosial şəbəkədə bu məsələ ilə əlaqədar paylaşımlar etdiyindən B.Hacıyev onun evinə gedərək mübahisə yaratmışdır.

Tərəflərin şikayətləri araşdırılmış və əməldə cinayət tərkibinin olmadığı müəyyən edildiyindən cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda onlara şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib olunması, vurulmuş zərərin ödənilməsi və əmlak tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur".

DİN rəsmisi qeyd edib ki, bundan sonra Bəxtiyar Hacıyev xüsusi ittiham qaydasında Ülviyyə Muradova barəsində Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib:" Müraciətlə əlaqədar ötən il oktyabr ayının 15-də keçirilən məhkəmə iclasında fasilə zamanı B.Hacıyev Ü.Muradovanın ünvanına qeyri-etik ifadələr səsləndirərək qəsdən münaqişə yaratmış, ictimai qaydanı və məhkəmənin normal iş rejimini kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Ü.Muradovaya qarşı zor tətbiq edib sağlamlığına yüngül zərər vurmaqla qərəzli xuliqanlıq etmişdir

Fakta görə Yasamal RPİ-də CM-nin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılmış və hazırda istintaq davam etdirilir, tamamlandıqdan sonra cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.
Bütün bunlara baxmayaraq Ülviyyə Muradova və Bəxtiyar Hacıyev bu proseslərdən narazı qalaraq bir-birilərinin həbs edilməsini tələb edirlər. Hər dəfə də onlara izah edilir ki, istintaq başa çatdıqdan sonra məsələyə məhkəmədə hüquqi qiymət veriləcək".

Paylaş:
577

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər