Narkotikin dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotikin dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib

Qafar Ağayev17:48 - 10 / 03 / 2022
Narkotikin dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib

Bu gün Bakı şəhəri Yasamal Rayon Məhkəməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən H.Q (ad şərti verilib) barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılıb.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən 1news.az-a verilən məlumata görə, H.Q 2022-ci ilin mart ayının 4-də qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddələri və narkotik vasitələri satış məqsədi ilə ümumi təmiz çəkisi 2170,06 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 325 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini yaşadığı evə aparıb saxlamış, 2022-ci ilin mart ayının 8-də həmin narkotik vasitə heroinin təmiz çəkisi 98,505 qram olan hissəsini bir ədəd bükümdə ayırıb əynindəki qara rəngli gödəkcənin sağ yan cibinə qoyaraq özü ilə daşımışdır. Bununla əlaqədar, Yasamal rayonu ərazisində şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və faktla bağlı cinayət işi başlanılmışdır.

Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş H.Q. barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
726

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər