Baş direktor: “Bakı Limanı” Avropa İttifaqının maliyyə dəstəyi ilə yeni layihələri icra etmək istəyir
““Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Avropa İttifaqının maliyyə dəstəyi ilə yeni layihələri icra etmək istəyir”.
1news.az ki, bunu Bakı Limanının Baş direktoru Taleh Ziyadov Aİ ilə birlikdə keçirilən “Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2” layihəsinin bağlanış mərasimində deyib.
“Bizim Avropa İttifaqından gözləntilərimiz belə layihələrin davam etdirilməsidir. Avropa İttifaqı ilə əməkdaşlığımız 2016-cı ildə başlayıb. Biz bu layihələrin bir sıra sahələrdə faydasını görmüşük. Dünya dəyişir, 2030-2035-ci illərdə daha fərqli dünya olacaq. Buna görə də indidən önümüzdəki 10 ili planlaşdırmaq lazımdır. Hədəfimiz ölkəmizin “yaşıl iqtisadiyyat” ölkəsinə çevirməkdir. Bu istiqamətdə planlanmış işlər davam etdirilir".