Azərbaycan və Türkiyə avtomobil sığortasının qarşılıqlı tanınması barədə sənəd imzalayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Türkiyə avtomobil sığortasının qarşılıqlı tanınması barədə sənəd imzalayacaq

Qafar Ağayev13:24 - 11 / 03 / 2022
Azərbaycan və Türkiyə avtomobil sığortasının qarşılıqlı tanınması barədə sənəd imzalayacaq

Bakıda İcbari Sığorta Bürosu ilə Türkiyənin Avtomobil Daşımaları Bürosu arasında "Yaşıl xəritə" sisteminin inteqrasiyası barədə protokol imzalanacaq.

1news.az xəbər verir ki, bu barədə Trend-ə İcbari Sığorta Bürosundan bildiriblər.

Sənədi İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədovla Türkiyənin Avtomobil Daşımaları Bürosunun direktoru Mehmet Akif Əroğlunun imzalaması planlaşdırılır.

İmzalanma mərasimi martın 14-də keçiriləcək, tədbirdə Azərbaycan Mərkəzi Bankı və Türkiyə Sığortaçılar İttifaqının nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, "Yaşıl xəritə" avto mülki məsuliyyət sığortası müqaviləsi, eləcə də nəqliyyat vasitəsi sahiblərinin sığorta məsuliyyəti üzrə sığorta polisinin qarşılıqlı tanınması barədə sazişdir.

Paylaş:
616

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər