Agentlik əlillik təyinatı ilə bağlı paytaxt sakininin şikayətinə aydınlıq gətirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Agentlik əlillik təyinatı ilə bağlı paytaxt sakininin şikayətinə aydınlıq gətirdi

Qafar Ağayev16:57 - 11 / 03 / 2022
Agentlik əlillik təyinatı ilə bağlı paytaxt sakininin şikayətinə aydınlıq gətirdi

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sosial şəbəkə səhifələrində Bakı şəhər sakini Əzizzadə Rəhman Həsən oğlunun əlillik təyinatı ilə bağlı şikayətinə münasibət bildirib.

Agentlikdən 1news.az-a bildirilib ki, R.Əzizzadəyə hələ bu ilin yanvar ayında 3-cü qrup əlillik təyinatı aparılıb.

"Belə ki, 2022-ci ilin yanvarın 24-də o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Onda sağ göz almasının eukulyasiyasından sonrakı vəziyyət və astenik əlamətlər müəyyən edilib. Digər orqan və ətraflarda əlillik təyinatına əsas verən patofunksional əlamətlər izlənilməyib. Həmçinin, Rəhman Əzizzadənin onunla bağlı iddia etdiyi “Beyin atrofiyası” diaqnozu Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən Şəhadətnamədə qeyd edilməyib.

Şəhadətnamədə qeyd edilən diaqnoz və şəxsin hazırki vəziyyəti qanunvericiliyə uyğun olaraq III dərəcə müddətsiz əlillik təyinatına əsas verir.

Bu əsasda da Rəhman Əzizzadəyə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilib.

Hazırda əlillik təyinatına uyğun olaraq 11.12.2021-ci il tarxindən 300 manat məbləğində ödəniş həyata keçirilir.

Bununla yanaşı, R.Əzizzadə 8 may 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış kompleksindən ikiotaqlı mənzil ilə təmin olunub", - məlumatda bildirilir.

Paylaş:
626

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər