Nazir Rəşad Nəbiyev Ağstafada yüksək sürətli internetlə təmin olunan şəhid ailəsini ziyarət edib - FOTO
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Ağstafa rayonuna səfəri çərçivəsində yüksək sürətli internet xidməti ilə təmin edilən Xətai və Yenigün kəndlərində olub.
Nazir Xətai kəndində şəhid Xudayət Orucovun ailə üzvləri ilə görüşüb, onların şəhidlə bağlı xatirələrini dinləyib, qayğıları ilə yaxından maraqlanıb.
Sonra nazir Yenigün kəndində Əliyevlər ailəsinin qonağı olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hər iki ailəyə noutbuk, planşet və digər hədiyyələr təqdim edilib.
Qeyd edək ki, adı çəkilən kəndlərdə yeni abunəçilər – Orucovlar və Əliyevlər ailəsi daxil olmaqla 320 ev təsərrüfatı artıq müasir GPON texnologiyası ilə təmin olunub.
711