Narkotikin təsiri altında avtomobil sürən şəxs həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotikin təsiri altında avtomobil sürən şəxs həbs edilib

Qafar Ağayev09:10 - 11 / 03 / 2022
Narkotikin təsiri altında avtomobil sürən şəxs həbs edilib

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 10-da İmişli rayon sakini Əlihüseyn Rzayevin idarə etdiyi “Toyota” markalı avtomobil Cəlilabad rayonu ərazisində saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.

Cəlilabad rayon Məhkəməsinin qərarı ilə Ə.Rzayev 8 gün müddətinə inzibati qaydada həbs olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər