Deputat: “İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 21-ci əsr türk tarixinə öz möhürlərini vurmuş liderlər kimi düşüb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: “İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 21-ci əsr türk tarixinə öz möhürlərini vurmuş liderlər kimi düşüb”

Qafar Ağayev10:02 - 11 / 03 / 2022
Deputat: “İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 21-ci əsr türk tarixinə öz möhürlərini vurmuş liderlər kimi düşüb”

“Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Türkiyəyə səfəri dünyada və regionumuzda baş verən mürəkkəb geostrateji proseslər kontekstində baş tutdu”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, İstər regional istərsə də qlobal siyasi proseslər baxımından diqqətçəkici olan bu səfər hər şeydən öncə dünyada formalaşmaqda olan yeni geostrateji arxitekturada Türkiyə və Azərbaycanın yerinin və rolunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi.

“Bu gün Yaxın Şərq və postsovet məkanında hibrid və vəkalət müharibələrinin alovlandığı bir vaxta Türkiyə və Azərbaycanda sülh və əminamanlığın mövcud olması hər şeydən öncə Prezident İlham Əiyev və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna liderlik keyfiyyətləri ilə bağlıdır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan aldıqları mühüm strateji qərarlarla 21-ci əsr türk tarixinə öz möhürlərini vurmuş liderlər kimi düşüb. Məhz alınan kritik qərarlar bu gün Cənubi Qafqaz kimi mürəkkəb regionda sülhün və əməkdaşlığın inkişafı üçün yeni şərtlər formalaşdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri və bu səfər çərçivəsində iki ölkənin qarşılıqlı maraqları çərçivəsində bütün məslələrin müzkirə edilməsi hər iki ölkənin təhlükəsizliyi və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Görüşün 4 saatdan çox davam etməsi yeni dünya nizamında iki qardaş ölkənin oyanayacağı rolun koordinasiya edilməsi, çoxqütblü beynəlxalq sistemdə strateji müttəfiq olaraq onların yerinin və rolunun müəyyən edilməsi ilə zəruri idi. Hazırda dünyada baş verən mürəkkəb proseslər kontekstində milli dövlətlərin öz təhlükəsizliyini təmin etməsi olduqca çətin bir vəzifəyə çevirilib”.

Deputat deyib ki, hazırda etnik və demoqrafik baxımdan yaxın olan xalqlar belə biri digəri üçün təhlükə və təhdid kimi görülür.

Deputat Hikmət Babaoğlu

“Ancaq türk dünyasının tarix boyu yetişdirdiyi ən böyük liderlərdən olan İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan qəbul etdikləri strateji və uzaqgörən qəralarla iki qardaş ölkəin təhlükəsizliyinin təmin edilməsi kimi mühüm tarixi vəzifənin öhdəsindən layiqincə gəlirlər. Hazırda ortaq etnik kökdən,ortaq mədəniyyətdən və siyasi keçmişdən gələn xalqların biri biri ilə amansız müharibə apardığı bir vaxta Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı bir möcüzədir. Bu möcüzənin müəllifləri isə iki qardaş ölkənin Prezidentləridir”.

H.Babaoğlunun sözlərinə görə, İndi son bir neçə ildə baş verən hadisələrə bir daha diqqətlə nəzər saldıqda Şuşa bəyannaməsinin nə qədər vaxtında və yerində imzalanmış bir müttəfiqlik sənədi olduğunu aydın görmüş oluruq.

“Bu sənəd mümkün bütün təhdid və təhlükələrə qarşə iki qardaş ölkənin gücünü birlikdə səfərbər edərək öz təhlükəsizliklərini qorumaq üçün mühüm hüquqi təminat yaradır. Şübhəsiz ki, Azərbaycanın böyük uzaqgörənliklə vaxtında aldığı qərarlar bu günkü müttəfiqliyimizin istisadi və geostrateji əsaslarını təşkil edir. Əgər vaxtında Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Kars, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi mühüm strateji layihələr həyata keçirilməsə idi milli gücümüzün iqtisadi komponetləri bu qədər zəngin olmazı. Əldə etdiyimiz tarixi zəfərimizdən sonra isə bu layihələrin davamı olaraq Zəngəzur dəhlizinin açılması zəruri şərt kimi ortaya çıxır. Bu dəhlizin açılması bütün region ölklərinin starteji maraqları çərçivəsindədir ki, bu da Azərbaycanın həyata keçirdiyi strateji diplomatiya sayəsində mümkünn olub. Ona görə də əminliklə deyə bilərik ki, Ankarada keçirilən görüş Türkiyə Azərbaycan müttəfiliyinin daha da dərinləşməsi və regionumuzda sülühün davamlı olamsı baxımından mühüm əhəmiyyət kəsb edəcək”.

Paylaş:
594

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər