Bakıda moped oğruları tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda moped oğruları tutulub

Qafar Ağayev11:08 - 11 / 03 / 2022
Bakıda moped oğruları tutulub

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində X.Mustafayevə və İ.Məmmədliyə məxsus mopedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Atayev və əvvəllər məhkum olunmuş F.Hacıyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Sumqayıt şəhər sakini E.Nurəddinova məxsus həyətyanı sahədən mopedini oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini O.Quliyev saxlanılıb.

Araşdırmalar aparılır.

Paylaş:
624

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər