Bakıda Novruz bayramı ərəfəsində təmizlik işləri aparılır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Novruz bayramı ərəfəsində təmizlik işləri aparılır - FOTO

S.Xankişiyeva13:09 - 12 / 03 / 2022
Bakıda Novruz bayramı ərəfəsində təmizlik işləri aparılır - FOTO

Novruz Bayramı ərəfəsində paytaxt Bakı şəhərində genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu gün İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsi və digər qurumların iştirakı ilə təmizlik və abadlıqla bağlı geniş iməclik keçirilib.

İməclik zamanı prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektləri vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. Obyektlərin qarşısında əraziyə gözəllik verən güllər və həmişəyaşıl kollar əkilib, ictimai iaşə və ticarət obyektlərinin qarşısına 100 ədəd yeni gül dibçəkləri qoyulub. Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı fərdi sahibkarlar və özəl sektor nümayəndələri də yaxından iştirak ediblər.

Novruz Bayramı ilə əlaqədar bütün xidmət vitrinlərinin, obyektlərin qarşısının bayram atributları ilə bəzədilməsi, tərtibat işlərinin görülməsi və insanlarda bayran ab-havası yaradılması işlərinə başlanılıb və bu işlərə özəl sektor nümayəndələri də qoşulub.

İməclikdə yol kənarlarında yeni gül və kolların əkilməsi, mövcud ağaclara qulluq göstərilməsi, şam ağaclarının, səki, məhəccər, bordyurların, işıq dirəklərinin yuyularaq təmizlənməsi həyata keçirilib.

Ticarət və Xidmət Departamenti fərdi sahibkarlar və özəl sektor nümayəndələrini fəaliyyət göstərdikləri obyektlərin qarsısında yaradılan təmizliyi qorumaq və əkilən güllərə, kollara, quraşdırılan dibçəklərdəki güllərə mütəmadi qulluq göstərərək şəhərimizin daha da gözəlləşməsinə öz töhfələrini verməyə çağırıb.

Paylaş:
758

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər