Təbii fəlakətlər əhalinin mülki təxliyəsi və sığınacaq problemləri - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO
Azərbaycan ərazisinin hər üç tərəfdən dağlarla əhatə olunması, bu ərazilərdə dağ əmələgəlmə proseslərinin davam etməsi, şərq tərəfdən 825 km məsafədə Xəzər dənizi ilə əhatələnməsi, Yer kürəsində, o cümlədən Azərbaycanda baş verən kəskin qlobal iqlim dəyişiklikləri, çox kəskin sürətlə artan antropogen amillər və s. nəticəsində dünyada mövcud olan təbii fəlakətlərin çoxunun ölkəmizin ərazisində baş verməsinə səbəb olur və onlar iqtisadiyyatımıza orta hesabla hər il 50 milyon dollar zərər vurur. Ayrı-ayrı ekstremal illərdə isə bu zərərin miqdarı daha çox olur.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Təbii fəlakətlər əhalinin mülki evakuasiyası və sığınacaq problemləri" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Niyazi Zamanov - FHN Mülki Müdafiə baş idarəsinin rəisi general-mayor, Samir Nəbiyev - Təhlükəsizlik məsələləri üzrə ekspert, Elmar Nurəliyev - Təhlükəsizlik məsələləri üzrə ekspert, Elnur Fərzəliyev - Əmlak məsələləri üzrə ekspert və Emil Qafarov - AMU-nun dosenti mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: