Qəzadan sonra maşında sıxılıb qalmış şəxs belə xilas edildi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəzadan sonra maşında sıxılıb qalmış şəxs belə xilas edildi - VİDEO

14:30 - 14 / 03 / 2022
Qəzadan sonra maşında sıxılıb qalmış şəxs belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 9 nəfər, o cümlədən Bakı şəhərinin Sabunçu rayonunda "Toyota" və "Land Rover" markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Yasamal rayonunda 1939-cu il təvəllüdlü Musayev Arif Sadıx oğlunun meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

1news.az

Paylaş:
290

Son xəbərlər

Bütün xəbərlər