Novruz bayramı ilə əlaqədar məktəblərdə hansı günlər dərs olacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Novruz bayramı ilə əlaqədar məktəblərdə hansı günlər dərs olacaq?

Qafar Ağayev16:16 - 14 / 03 / 2022
Novruz bayramı ilə əlaqədar məktəblərdə hansı günlər dərs olacaq?

Altıgünlük rejimlə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş (dərs) günü martın 19-da olacaq.

1news.az-ın məlumatına görə bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, 5 günlük rejimlə işləyən təhsil müəssisələrində Novruz bayramından əvvəl son iş (dərs) günü martın 18-i, bayramdan sonrakı ilk iş (dərs) günü martın 28-i, 6 günlük rejimlə işləyən təhsil müəssisələrində isə bayramdan əvvəl son iş (dərs) günü martın 19-u, bayramdan sonrakı ilk iş (dərs) günü martın 26-sıdır.

Paylaş:
475

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər