Bakıda “London taksi”si iki nəfəri vurub, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini Rəfail Qəhrəmanov idarə etdiyi "London taksi"si ilə Zabrat qəsəbəsindən Abşeron rayonu Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyadalar -1992-ci il təvəllüdlü Nurlan Hümbətov və 1999-cu il təvəllüdlü Namiq Nəcəfovu vurub.
Hər iki piyada xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Nurlan Hümbətov orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
1news.az
282