9-cu sinif buraxılış imtahanlarının qrafiki açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

9-cu sinif buraxılış imtahanlarının qrafiki açıqlanıb

Qafar Ağayev12:22 - 14 / 03 / 2022
9-cu sinif buraxılış imtahanlarının qrafiki açıqlanıb

Ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları bölgələr üzrə əvvəlcədən elan olunduğu kimi 2022-ci il 16, 17, 23, 24, 30 aprel və 1 may tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən məlumata görə, bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunacaq.

Tarix

Şəhər (rayon)

16.04.2022

Sabunçu, Sumqayıt (I hissə), Gəncə (Kəpəz), Qax, Balakən, Lənkəran, Ağdam, Tərtər, İsmayıllı, İmişli, Qusar, Biləsuvar, Gürcü bölməsində təhsil alanlar.

17.04.2022

Binəqədi, Səbail, Abşeron (I hissə), Gəncə (Nizami), Oğuz, Zaqatala, Astara, Ağcəbədi, Şamaxı, Saatlı, Şabran, Siyəzən, Xızı.

23.04.2022

Qaradağ, Yasamal, Sumqayıt (II hissə), Goranboy, Naftalan, Tovuz, Cəlilabad (I hissə), Beyləqan, Ağdaş, Ağsu, Şirvan, Xaçmaz (I hissə), Qobustan, Hacıqabul.

24.04.2022

Xəzər, Xətai, Abşeron (II hissə), Mingəçevir, Şəmkir, Masallı (I hissə), Füzuli, Ucar, Zərdab, Neftçala, Quba (I hissə)

30.04.2022

Nəsimi, Nərimanov, Naxçıvan MR, Göygöl, Daşkəsən, Qazax, Gədəbəy, Cəlilabad (II hissə), Lerik, Şəki, Bərdə, Göyçay, Sabirabad, Xaçmaz (II hissə).

01.05.2022

Suraxanı, Nizami, Pirallahı, Samux, Ağstafa, Masallı (II hissə), Yardımlı, Qəbələ, Yevlax, Kürdəmir, Salyan, Quba (II hissə), *Bakı xüsusi məktəblər, Çilov, ingilis və fransız bölmələrində təhsil alanlar.

Qeyd 1: Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Qeyd 2: Sumqayıt, Abşeron, Cəlilabad, Xaçmaz, Masallı, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, "hissə"lərlə adlandırılıb. Həmin gün hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat imtahandan 10 gün əvvəl DİM-in saytında yerləşdirilən qrafikə əlavə ediləcək.

Qeyd 3: Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis və fransız dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün imtahan mayın 1-də, keçiriləcək. Gürcü bölməsi üzrə məzun olanlar isə imtahanı aprelin 16-da verəcəklər.

Paylaş:
379

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər