Pərviz Şahbazov: Bu stansiya Azərbaycanın təbii qaza qənaət etməsinə gətirib çıxaracaq
"Qaradağ" günəş elektrik stansiyasının (GES) fəaliyyətə başlaması ildə 200 min ton karbon qazı (CO2) emissiyasının qarşısı alınacaq və böyük həcmdə təbii qaza qənaət etməyimizə gətirib çıxaracaq”.
1news.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazov mətbuat konfransında bildirib.
Bu stansiya ilə ilə Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına illik elektrik enerjisi istehsalının həcmi 3 milyard kVt/saata çatacaq. Biz bu gün Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə bir neçə memorandum imzaladıq və bu sənədlər bizim “yaşıl iqtisadiyyat” strategiyamıza uyğundur. Biz həmçinin Bakının Qaradağ rayonunda damlarda günəş panellərindən istifadə ilə bağlı pilot layihə icra etmək istəyirik. Gələcək işğaldan azad olunan ərazilərimizdə də bu layihəni reallaşdırmaq məsələsinə baxacağıq”, - nazir əlavə edib.