Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn olunacaq.
1news.az xəbər verir ki, bu barədə Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat verib.
O qeyd edib ki, R.İbrahimbəyov qardaşı mərhum Maqsud İbrahimbəyovun yanında torpağa tapşırılacaq.
Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətiriləcək.
1news.az
290