Torpaq çərşənbəsi günündə 22 min ağac əkilib
Torpaq çərşənbəsində, Novruzun ən əlamətdar günündə ağacəkmə ənənəsini davam etdirdik. İlaxır çərşənbəni genişmiqyaslı ağacəkmə tədbirləri və ting paylama aksiyaları ilə qeyd etdik.
1news.az-ın verdiyi xəbərə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.
O qeyd edib ki, ilaxır çərşənbə günü ağacəkmə tədbirləri Bakının Xocasən qəsəbəsində, eyni zamanda, Zaqatala, Şəki, Ağstafa, Şirvan, Masallıda açıq və seyrək meşə fondu torpaqlarında keçirildi və ümumilikdə 22 min müxtəlifcinsli ağac əkilərək yaşıllaşdırma ənənəsinin davam etməsinə bir daha töhfə verildi. Həmçinin vətəndaşları da ağac əkməyə təşviq etmək məqsədilə bu gün əhaliyə nazirliyin tinglik sahələrində yetişdirilən müxtəlifcinsli ağac tingləri hədiyyə edildi.