Ekoloji fəlakətin astanasında: Kür çayı niyə quruyur? - “Çıxışa doğru”da MÜZAKİRƏ –VİDEO
Son günlər ölkə ərazisinə düşən yağıntının miqdarının normadan az olması və çaylarda sululuğun azalması nəticəsində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub.
Kür çayında suyun səviyyəsinin azalması ilə əlaqədar çayda axının sürəti də azalıb. Bu dövrdə şimal-şərq istiqamətli küləyin davamlı olması və arabir güclənməsi nəticəsində dalğalanma baş verib və dənizdən Kür çayının axınına doğru əks axın əmələ gəlib. Belə hadisə təbii amillərlə bağlı olduğundan qısamüddətli xarakter daşıyır.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Ekoloji fəlakətin astanasında: Kür çayı niyə quruyur?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Rza Mahmudov - professor, mustəqıl ekspert, Rafiq Verdiyev - ETSN yanında MHX-nin rəis müavini, Nüsrəddin Nəsibov – "Dalğa" QHT-nin əməkdaşı, Firudin Tağıyev - Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri və Qulu Kərimov - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: