Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib

09:20 - 15 / 03 / 2022
Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilib.

1news.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidir.

Həmçinin, riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisaslar üzrə - riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1), riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisaslar üzrə - riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və informatika (nisbi əmsal:1) olacaq.

I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməlidirlər.

Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

1news.az

Paylaş:
327

Son xəbərlər

Bütün xəbərlər