İrandan Ermənistana gedən yük avtomobili Qubadlıda saxlanılıb, narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Ermənistana gedən yük avtomobili Qubadlıda saxlanılıb, narkotik aşkarlanıb

Qafar Ağayev13:11 - 16 / 03 / 2022
İrandan Ermənistana gedən yük avtomobili Qubadlıda saxlanılıb, narkotik aşkarlanıb

Azərbaycandan keçməklə İrandan Ermənistana gedən yük avtomobili Qubadlıda saxlanılıb, narkotik aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən 1news.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ermənistan Respublikasına yük aparan İran İslam Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz Axor” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və sürücüdən avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan edilməli olan hər hansı predmetlərin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması soruşulub.

O, isə öz növbəsində idarə etdiyi avtomobildə mütləq bəyan edilməli və gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmadığını bildirib.

Bundan sonra avtomobil əsaslı yoxlanılıb və yük nəqliyyat vasitəsinin kabinində gizlədilən 4,017 qram narkotik vasitə - həşiş qətranı, 8 ədəd üzərində “ddp/M20” nişanəsi olan metadon həbləri, üzərində “Alprazolam 1mg” yazısı olan konvalyut kəsiyində 2 ədəd həb və 30,132 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in II Siyahısına daxildir və 8 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir.

Alprazolam isə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr»in III Siyahısına daxildir və 2 ədəd həbdə alprazolamın təsir maddəsinin ümumi miqdarı 0,002 qram təşkil edir.

Paylaş:
455

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər