Çörək zavodunda qadının ölümü ilə bağlı iş məhkəməyə göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Çörək zavodunda qadının ölümü ilə bağlı iş məhkəməyə göndərilib

S.Xankişiyeva16:00 - 16 / 03 / 2022
Çörək zavodunda qadının ölümü ilə bağlı iş məhkəməyə göndərilib

Bakıda qadının ölümü ilə bağlı çörək zavodunun işçisi cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə 1news.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, cari ilin yanvarın 7-də paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən çörək zavodunda işçi Mətanət Həsənovanın ölməsi faktı ilə bağlı Nərimanov rayon prokurorluğunda istintaq aparılmışdır.

İstintaqla həmin zavodun işçisi Jalə Nurəliyevanın təmizlik işləri görərkən əmək nizam-intizamı qaydaların tələblərini pozaraq xəmir qarışdıran qurğunun ehtiyatsızlıqdan işə salması səbəbindən həmin qurğunun alt hissəsini təmizləyən Mətanət Həsənovanın xəsarət alması və aldığı xəsarətlərdən hadisə yerində ölməsi müəyyən edilmişdir.

Jalə Nurəliyeva Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilmişdir.

Paylaş:
610

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər