Bacısını öldürüb dəfn edən qardaşın əməli ifşa olundu - TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Bacısını öldürüb dəfn edən qardaşın əməli ifşa olundu - TƏFƏRRÜAT

Qafar Ağayev11:00 - 16 / 03 / 2022
Bacısını öldürüb dəfn edən qardaşın əməli ifşa olundu - TƏFƏRRÜAT

Şirvan şəhərində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a veriln məlumata görə, prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhərində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Belə ki, cari il martın 14-də 1952-ci il təvəllüdlü Şirvan şəhər sakini Bəhruzə Rəsulovanın naməlum şəkildə ölməsi, hər hansı aidiyyatı təşkilatlara məlumat verilmədən meyitin dəfn edilməsi ilə bağlı Şirvan şəhər prokurorluğuna daxil olmuş müraciət əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, zəruri cinayət-prosessual hərəkətlər icra edilməklə yanaşı, meyitin qəbirdən çıxarılması (ekshumasiya) çıxarılması təmin edilməklə məhkəmə-tibb ekspertinə təqdim edilib.

Meyitin məhkəmə-tibb müayinəsi zamanı bədənində ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid qalxanvari vəzi ətraflarında yumşaq toxumalarda geniş ölçüdə qansızma və dilaltı sümüyün sınığı xəsarətləri aşkar edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıllb.


Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, 1968-ci il təvəllüdlü Alim Rəsulov martın 14-də, saat 07 radələrində yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bacısı Bəhruzəni əllə boğaz nahiyəsindən vuraraq öldürüb.

Məhkəmə-tibb ekspertizası zamanı Alim Rəsulovun sağ əlinin üst və sağ ön boyun nahiyələrində sıyrıq xəsarətlərinin olduğu müəyyən edilib.

Alim Rəsulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
336

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər