Qida məhsullarının istehsalında 14,1 faiz artım olub
Cari ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 14,1 faiz artım, tütün məmulatlarının istehsalında 10,3 faiz, içki istehsalında isə 15,6 faiz azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən 1news.az-a bildirilib ki, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 55,7 faiz, marqarin istehsalı 24,4 faiz, kərə yağının istehsalı 5,6 faiz artıb, duru bitki yağlarının istehsalı isə 1,5 faiz azalıb.
314