“Azərişıq” ASC-nin Xırdalandakı yarımstansiyasında yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq” ASC-nin Xırdalandakı yarımstansiyasında yanğın olub

S.Xankişiyeva14:29 - 17 / 03 / 2022
“Azərişıq” ASC-nin Xırdalandakı yarımstansiyasında yanğın olub

“Azərişıq” ASC-nin Xırdalanda yerləşən yarımstansiyasında baş verən yanğın söndürülüb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 105 m² olan yarımstansiyanın içərisində 16 ədəd paylayıcı açar və kabel, bitişik iki evin dam örtüyü 6 m² sahədə yanıb. Yarımstansiyanın və evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
474

Son xəbərlər

Bütün xəbərlər