“Azərişıq” Xırdalandakı qəza ilə bağlı açıqlama yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq” Xırdalandakı qəza ilə bağlı açıqlama yayıb

Qafar Ağayev15:40 - 17 / 03 / 2022
“Azərişıq” Xırdalandakı qəza ilə bağlı açıqlama yayıb

"Azərişıq" ASC bu gün Abşeron rayonun Xırdalan şəhərində baş vermiş qəza ilə bağlı açıqlama yayıb.

"Azərişıq"dan 1news.az-a verilən məlumatına görə, açıqlamada deyilir ki, bu gün günorta saatlarında Xırdalan yarımstansiyasında qısaqapanma nəticəsində qəza baş verib və qəza nəticəsində ərazidə elektrik enerjisi təchizatında problem yaranıb.

Hadisədən dərhal sonra əraziyə qəza xidməti cəlb edilib və qısa zamanda qəzanın nəticələri aradan qaldırılıb. Bu müddət ərzində isə alternativ xətlə abunəçilərin elektrik enerjisi təchizatı bərpa edilib.

Həmçinin oxu: “Azərişıq” ASC-nin Xırdalandakı yarımstansiyasında yanğın olub

Paylaş:
524

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər